ABŞ-ın 39-cu prezidenti Cimmi Karter çanaq sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib.

95 yaşlı C.Karter Corciya ştatındakı evində yıxılıb.

Onun nümayəndəsi sınığın ölçüsünün kiçik olduğunu bildirib.

Qeyd olunur ki, C.Karterin əhval-ruhiyyəsi yaxşıdır və evə qayıtmağı gözləyir.

KİV sabiq prezidentin son aylarda üçüncü dəfə yıxıldığını vurğulayıb. Yazda C.Karter bud-çanaq oynağının dəyişdirilməsi üçün əməliyyat keçirib.

İstinadlar Report