Alyaska ştatında ABŞ ilə Hindistanın 19-cu hərbi təlimi başlayıb.

Bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər sentyabrın 25-dən oktyabrın 8-dək davam edəcək. Təlimdə Hindistan tərəfdən “Marath” alayının şəxsi heyətinin 350 hərbçisi qatılıb. ABŞ-nin isə 24-cü piyada polkunun birinci briqadasının birinci taboru iştirak edir.

Məlumata görə, BMT-nin mandatına uyğun olaraq təlim cədvəlinə sülhməramlılıq, sülhün mühafizəsi ilə bağlı bütün əməliyyatlar, həmçinin humanitar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması əməliyyatları da daxil ediləcək. Hər iki ölkənin qoşunları təbii fəlakət zamanı sürətli və koordinasiyalı yardım əməliyyatları keçirməyi məşq edəcək.

İstinadlar Report