ABŞ İsveç və Finlandiyaya NATO-ya daxil olmamışdan əvvəl hücuma məruz qalacağı təqdirdə hərbi dəstək verəcək.

Bu barədə Pentaqonun sözçüsü Con Kirbi BBC-yə açıqlamasında deyib.

“Əgər onların ərizələrinə baxılarkən və NATO-ya daxil olmaq prosesi zamanı hər hansı hərbi dəstəyə ehtiyacları varsa, bizim hər iki ölkə ilə münasibətlərimiz onlara əlavə dəstək göstərməyə imkan verəcək”, – Kirbi bildirib.

Onun sözlərinə görə, Vaşinqton Rusiyanın bəyanatlarından narahatdır, çünki öz ölkələrinin taleyini yalnız İsveç və Finlandiya xalqları özləri müəyyən etməlidirlər.

Xatırladaq ki, Finlandiya bu gün NATO-ya üzvlüklə bağlı rəsmi qərarını elan edib. Yaxın bir neçə saat ərzində parlament tərəfindən təsdiqlənməlidir.

İstinadlar Report