ABŞ Hindistana 3 milyard dollar həcmində hərbi texnika tədarük edəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Qudcarat ştatının Əhmədabad şəhərində Hindistanın Baş naziri Narendra Modi ilə birgə iştirak etdiyi tədbirdə bildirib.

“Sabah nümayəndələrimizin Hindistan silahlı qüvvələrinə 3 milyard ABŞ dolları məbləğində helikopter və başqa avadanlığın tədarükünə dair saziş imzalayacaqlarını bildirməyə şadam”, – ABŞ lideri Hindistana ən gözəl və müasir silahlar satmağa hazır olduqlarını deyib.

“ABŞ iqtisadiyyatı qaynayır. Mən əlaqələrimizi genişləndirmək üçün Hindistana gəlmişəm. Ölkələrimiz arasında əlaqələri dərinləşdirmək üçün baş nazirlə dialoqumuzu davam etdirəcəyik. Hindistanla ABŞ həbçilərinin “Tiger Triuph” birgə təlimlərə başlaması ilə əlaqələrimiz yeni mərhələyə qədəm qoydu. Biz ən qabaqcıl hərbi məhsullar hazırlayırıq və indi Hindistanla sövdələşirik. Sabah 3 milyard ABŞ dolları məbləğində müdafiə sazişi imzalayacağıq. Biz Hindistanın bizim başlıca müdafiə tərəfdaşımız olmasını istəyirik”, – D.Tramp vurğulayıb.

ABŞ prezidenti hər iki ölkə vətəndaşlarının radikal islamçı terrorizmdən qorumaqla bağlı səylərini birləşdirdiyini açıqlayıb.

İstinadlar Report