ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) qısa məsafli uçuş üçün nəzərdə tutulmuş və şaquli eniş həyata keçirən “F-35B” hərbi təyyarəsi Yaponiyanın Yamaquti prefekturasında yerləşən İvakuni bazasından uçuş zamanı quşla toqquşub.

Pilotlar dərhal uçuşu dayandırıb, hadisə nəticəsində heç kim xəsarət almayıb. Buna baxmayaraq, ABŞ komandanlığı hadisəyə ən təhlükəli “A” səviyyəsini verib. Bu isə o deməkdir ki, təyyarəyə azı 2 milyon ABŞ dolları məbləğində zərər dəyib.

İstinadlar Report