ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “F/A-18” tipli qırıcı-bombardmançı və “KS-130” tipli yanacaqdolduran təyyarəsinin Yaponiya sahillərində bir-biri ilə toqquşmasından sonra başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 2 amerikalı hərbçi xilas edilib.

İlk olaraq “F/A-18” qırıcısının ekipaj üzvü tapılıb, onun şüuru yerindədir və artıq İvakuni bazasına çatdırılıb.

İkinci hərbçi isə toqquşmadan, təxminən, 10 saat sonra aşkar edilib. Onun hansı vəziyyətdə olduğu bilinmir.

Qeyd edək ki, hadisə dünən gecə İvakuni sahillərindən təxminən 200 km məsafədə baş verib. “KC-130″un göyərtəsində beş, “F/A-18″də isə iki nəfər olub.

Hadisənin başvermə səbəbləri araşdırılır. Digər hərbçilərin axtarışı davam etdirilir.

İstinadlar Report