Avqustun 2 və 3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına doğru 2 hərbi təyyarə qalxıb.

Bu haqda “Caliber” məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boinq C-17” hərbi yük təyyarəsi ilə şəxsi heyət hərbi yüklərlə birlikdə Zvartnots hava limanına gəlib.

Aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib.

Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları da bura daxildir.

Bu silahların yerli relyef və hərbi şəraitə uyğunlaşdırıldığı da bildirilir.

İstinadlar Qafqazinfo