
ABŞ administrasiyası hərbi-sənaye kompleksinə etibarlı investisiyaları təmin edən və hərbi-texniki əməkdaşlığa yardım göstərən islahatlar aparmağa hazırlaşır.
Bunu Pentaqonun rəhbəri Pit Heqset Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Biz təkcə özümüz üçün deyil, həm də müttəfiqlərimiz qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün gəmi və sualtı qayıqların istehsalı üzrə potensialımızı əhəmiyyətli dərəcədə artırmalıyıq və bunu edəcəyik”, – Heqset bildirib.