ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis, ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı hərbi bazasında həmkarlarına atəş açan hərbçinin kimliyini açıqlayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Onun Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Amerika bazasında təlim keçən hərbçisi olduğu qeyd olunub.

Xatırladaq ki, dekabrın 6-da səhər saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı bazasında hərbçinin açdığı atəş nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

İstinadlar Report