Amerikalı hərbçi Natan Maykl Smit ABŞ Prezidenti Barak Obamaya qarşı iddia qaldırıb

Iddia İŞİD terror qruplaşmasına qarşı aparılan mübarizənin leqallığı məsələsinə dairdir:

“Prezident Obama bəyan edib ki, 2001-ci ilin 11 Sentyabr terror aktlarından sonra Konqres tərəfindən təsdiqlənmiş sənədə əsasən, ABŞ hərbçiləri Əl Qaidə terror təşkilatı ilə müharibə etmək hüququna malikdir. Lakin Suriya və İraqda aparılan müharibələr bu sənədin çərçivəsindən çıxır. O cümlədən mənim və mənim kimi minlərlə hərbçinin”.

Maykl Smit məhkəmədən xahiş edib ki, prezidentdən Suriyada İŞİD-ə qarşı vuruşmaq hüququ verən qanunun qəbulunu tələb etsin.