ABŞ hərbçiləri İŞİD terror qruplaşmasının lideri Abdulkadir Muminin olduğu yerə zərbə endiriblər.

Bu barədə NBC telekanalı məlumat yayıb.

Telekanalın məlumatında qeyd olunur ki, Mumi terror təşkilatının elan olunmamış ali lideridir.

Bundan əvvəl ABŞ-də Tacikistanın səkkiz vətəndaşının tutulduğu, onların İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilindikləri bildirilib.Müttəhimlər üç şəhərdə – Los-Anceles, Nyu-York və Filadelfiyada Federal Təhqiqat Bürosunun (FTB) reydləri zamanı həbs edilib.

İstinadlar Report