
Vaşinqton administrasiyası HƏMAS-la girovların azad olunması məsələsini müzakirə edir, lakin radikal Fələstin hərəkatına hər hansı nağd ödənişin mümkünlüyünü istisna edir.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, Vaşinqton administrasiyasının rəsmiləri ilə HƏMAS nümayəndələri arasında birbaşa təmasların olduğunu təsdiqləyib. “Biz israilli girovlardan danışırıq”, – ABŞ lideri izah edib. “Biz HƏMAS üçün heç nə etmirik, onlara pul vermirik”, – Tramp vurğulayıb.