Şimali Amerikanın Hava Hücumundan Müdafiə (HHM) Komandanlığı (NORAD) Alyaska sahilləri yaxınlığında beynəlxalq hava məkanında Rusiya hərbi təyyarəsinin uçuşunu aşkar edib.

Bu barədə komandanlığın bəyanatında bildirilib.

“NORAD 2025-ci il aprelin 14-də Alyaskanın Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında (ADIZ) uçan Rusiya hərbi təyyarəsini aşkar edərək izləyib. Rusiya təyyarəsi beynəlxalq hava məkanında qalıb. O, ABŞ və ya Kanadanın suveren hava məkanına daxil olmayıb”, – məlumatda qeyd olunub.

İstinadlar Report