“Rusiya vətənimiz üçün başlıca hərbi təhlükə mənbəyidir”.

Bunu ABŞ Silahlı Qüvvələri Şimal komandanlığının başçısı, ABŞ-Kanada Aerokosmik Müdafiə Birliyinin rəhbəri general Qlen Vanhörk “Air Force Magazine” jurnalına müsahibəsində deyib.

“Bu gün vətənimiz üçün başlıca təhlükə mənbəyi Çin deyil, Rusiyadır. Kinetik baxımından sualtı qayıqlar, bombardmançılar, qanadlı raketlər və başqaları Rusiyanın əsas hərbi təhlükə vasitələridir”, – general vurğulayıb.

İstinadlar Report