ABŞ gələn həftə Ukraynaya yeni raket sistemləri göndərə bilər.

Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqram səhifəsində yazıb.

“ABŞ-la bu mövzuda müzakirələr davam edir. Müttəfiqlər qərar versələr, bizə gələn həftə qabaqcıl raket sistemləri verilə bilər. Biz tərəfdaşlarımıza müntəzəm olaraq bunun zəruriliyini izah edirik. Biz artilleriya və digər yardımlara görə onlara minnətdarıq. Lakin müasir reaktiv yaylım atəş sistemi (MLRS) bizə Rusiya hücumunu dayandırmağa və cəbhədə nəzərəçarpacaq üstünlük əldə etməyə kömək edəcək. Rusiyanın hücumunu dayandırmaq və müvəqqəti işğal olunmuş əraziləri azad etmək üçün silahlara ehtiyacımız var”, – o bildirib.

İstinadlar Report