
“ABŞ administrasiyası etiraf edir ki, Finlandiya və İsveçin NATO-ya nə vaxt qəbul ediləcəyini deyə bilməz”.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Hazırda üçtərəfli formatda – İsveç, Finlandiya və Türkiyə arasında danışıqlar aparılır. Biz əminik ki, onlar fikir ayrılıqlarını aradan qaldıra biləcəklər, İsveç və Finlandiya alyansa qoşula biləcək.