ABŞ Fələstinə əlavə 50 milyon dollar ayırıb.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Fələstin Prezidenti Mahmud Abbasla danışıqlardan sonra bildirib.

Blinken deyib ki, bu məbləğ artıq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə ayrılmış vəsaiti tamamlayacaq.

Bundan əlavə, ABŞ Fələstin torpaqlarının sakinlərinə dördüncü nəsil (4G) internet xidmətlərinin göstərilməsini asanlaşdıracaq.

İstinadlar Report