
ABŞ Türkiyəyə F-16 qırıcıları ilə bağlı yeni təkliflər göndərib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, 40 ədəd yeni “F-16 Blok-70″in tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün ABŞ-nin göndərdiyi “Təklif və qəbul məktublarının layihəsi” nazirliyə, eləcə də araşdırılması üçün uyğun bölmələrə çatdırılıb.