
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Carney” esminesi və Qırmızı dənizdəki bir neçə ticarət gəmisi Yəməndən atılan raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi ticarət gəmisinin qəza çağırışına cavab verib. Esmines pilotsuz uçan aparatı məhv edib və həmçinin ticarət gəmisinə atılan ən azı bir ballistik raket aşkarlayıb.
Hücum nəticəsində xəsarət alan olmayıb.