Ermənistan və ABŞ-nin müdafiə nazirləri Suren Papikyan və Lloyd Ostin Pentaqonda keçirilən görüşdə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər.

Məlumata görə, S.Papikyan Ermənistanın regionda uzunmüddətli sülh əldə etmək istəyini təsdiqləyib, öz növbəsində Ostin ABŞ-nin bu səyləri dəstəklədiyini bildirib.

“Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Lloyd Ostin iki ölkə arasında əməkdaşlığın genişlənməyə davam etdiyini vurğulayıb”, – məlumatda qeyd olunub.

İstinadlar Report