
ABŞ dövlət katibi Marko Rubio xarici ölkələrə ayrılan 215 milyon dollar qrantı ləğv edib.
Bu barədə ABŞ-nin Hökumətin Effektivliyi Departamenti (DOGE) X sosial şəbəkəsində məlumat yayıb.
“Katib Rubio Dövlət Departamentinin xarici yardımını yaxından nəzərdən keçirməyə davam edir. Bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrantı ləğv edib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, söhbət Ermənistan, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Livan, Mavritaniya, Moldova, Tunis və Özbəkistandakı layihələrdən gedir.
Ermənistanda “Demokratik Mədəniyyətin Təşviqi” proqramının maliyyələşdirilməsi üçün 2 milyon dollar ayrılması nəzərdə tutulmuşdu.