
ABŞ Prezidenti Donald Tramp ərəb ölkələrindən olan tərəfdaşlarından Qəzza zolağına dair fələstinlilərin anklavdan köçürülməsinə alternativ olacaq təkliflər gözləyir.
Bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məsələ Amerika administrasiyasının başçısının İordaniya Kralı II Abdullah ilə danışıqları zamanı müzakirə edilib.