ABŞ enerji sisteminin sabitliyi üçün Ukraynaya 825 milyon dollar ayırmağı planlaşdırır.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

“Andrey Sibiqa və Antoni Blinken NATO-nun mənzil-qərargahında Ukrayna və ABŞ hökumətləri arasında enerji sisteminin davamlılığının təmin edilməsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar”, – məlumatda bildirilir.

İstinadlar Report