ABŞ Əfqanıstandan çıxardığı qoşunu Mərkəzi Asiya ölkələrinə, xüsusilə Özbəkistan və Tacikistana yerləşdirməyi nəzərdən keçirir.

Məlumata görə, ABŞ rəhbərliyi bununla Əfqanıstan hakimiyyətinə yardım, “Taliban”ın fəaliyyətinə nəzarət etməyi planlaşdırır.

“Ancaq Rusiyanın regionda mövcudluğu, Çinin bölgədə artan nüfuzu və Vaşinqtonla münasibətində gərginlik Mərkəzi Asiyada bazanın yaradılmasında ABŞ-ın planının reallaşmasını çətinləşdirir”, – jurnal bildirib.

Məlumata görə, ABŞ rəhbərliyi bu məsələ ilə bağlı hələ ki Özbəkistan və Tacikistan rəhbərliyinə müraciət etməyib.

Bildirilib ki, Mərkəzi Asiya variantın baş tutmazsa, onda ABŞ qoşunu körfəzdə yerləşdirmək planını da nəzərdən keçirir.

Məlumatda qeyd edilib ki, 2001-ci ildə ABŞ-ın hərbi bazası Qırğız Respublikası və Özbəkistanda yerləşdirilmişdi. Ancaq 2005 və 2014-cü ildə hər iki ölkə ərazisindən tamamilə çıxardı.

İstinadlar Report