ABŞ hərbçiləri bu həftə Əfqanıstanın hökumət qüvvələrinə dəstək üçün təyyarələri və pilotsuz uçuş aparatlarını “Taliban” hərəkatına qarşı hərbi əməliyyatlara cəlb edib.

“Son günlər ərzində hərbçilər tərəfindən idarə olunan texnikanın, pilotsuz aparatların köməyi ilə zərbələr endirilib”, – Pentaqon rəsmisi, mayor Robert Lodevik deyib.

O, əməliyyatların digər təfərrüatlarını açıqlamayıb.

“Associated Press” vurğulayıb ki, hərbi təyyarələr Əfqanıstanın sərhədlərindən kənarda səmaya qalxıb. Çünki ABŞ hərbi təyyarələrini bu ölkədən çıxarıb.

İstinadlar Report