Son bir neçə gündə ABŞ, Əfqanıstandakı radikal “Taliban” yaraqlılarına edilən hava hücumlarının sayını artırıb.

Bu barədə “The Washington Post” məlumat verib.

Adı açıqlanmayan iki ABŞ rəsmisi bildirib ki, bu həftə ərzində azı dörd aviahücum həyata keçirilib. Bombalar həmçinin, “Taliban” qruplaşmasının “qala”sı hesab edilən Qəndəhar vilayətinə də atılıb.

İstinadlar Report