ABŞ administrasiyası Ədliyyə Nazirliyi tabeliyində daxili terrorizmlə mübarizə üçün yeni bölmə yaradır.

Bunu ABŞ dövlət katibinin milli təhlükəsizlik üzrə köməkçisi Metyu Olsen Senatda keçirilən dinləmələr zamanı deyib.

“Biz sosial və ya siyasi məqsədlərə nail olmaq üçün zorakı cinayət əməlləri törətməyə meylli şəxslər tərəfindən artan təhlükə ilə üzləşirik. Bu işlərə düzgün baxılmasını təmin etmək üçün prokurorlar qrupu daxili terror təhlükəsinə diqqət yetirəcək”, – M.Olsen bildirib.

İstinadlar Report