ABŞ dövlət katibinin müavini Xose Fernandes enerji böhranı, Ukraynanın yenidən qurulması, eləcə də bir sıra digər məsələləri, o cümlədən iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə etmək üçün yaxın günlərdə Kişinyov və Parisə səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Xose Fernandes Kişinyovda fevralın 8-10-da, Parisdə isə fevralın 12-15-də səfərdə olacaq. Onun rəsmi şəxslər, işgüzar dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

İstinadlar Report