ABŞ dövlət katibi Marko Rubio Rusiya və Ukrayna arasında təxminən üç ildir davam edən müharibənin dayandırılması məqsədilə Rusiya rəsmiləri ilə gözlənilən danışıqlardan əvvəl Səudiyyə Ərəbistanına gəlib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparan M.Rubio Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə birlikdə Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşəcək. Onların Rusiyanın hansı rəsmiləri ilə görüşəcəkləri hələ məlum deyil.

Fevralın 18-də aparılacaq danışıqlar son illər ərzində Rusiya və ABŞ rəsmiləri arasında ilk yüksək səviyyəli şəxsi müzakirələrdən biri olmaqla ABŞ və Rusiya prezidentlərinin görüşündən əvvəl baş tutacaq.

M.Rubio bildirib ki, yaxın həftələr və günlərdə Rusiya tərəfinin sülhə nə qədər ciddi yanaşdığı bəlli olacaq.

İstinadlar Report