ABŞ dövlət katibi Entoni Blinken bu gün Kabula gəlib.

Bu barədə məlumatı Əfqanıstanın “TOLO News” telekanalı yayıb.

Məlumata görə, Blinken Əfqanıstan rəhbərliyi ilə ölkədə sülh prosesini, habelə Amerika qoşunlarının ölkədən çıxarılmasının təfərrüatlarını müzakirə edəcək.

Dövlət Departamenti rəhbərinin Əfqanıstana səfər planları barədə əvvəlcədən rəsmi olaraq məlumat verilməyib.

İstinadlar Report