
ABŞ dövlət katibi Entoni Blinken İsrail rəsmiləri ilə Rusiya və İran arasındakı hərbi-texniki əməkdaşlığı, eləcə də Ukraynaya dəstək verilməsi məsələsini müzakirə edib.
Dövlət katibi rəsmi səfərdə olduğu Yerusəlimdə keçirdiyi mətbuat konfransında təmasları barədə danışıb.
Onun sözlərinə görə, tərəflər İranın sabitliyi pozan hərəkətlərinə qarşı çıxmaq və onlara qarşı mübarizə aparmaq üçün əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.