ABŞ dövlət katibi Antoni Blinken öncədən elan edilmədən Türkiyədən İraqa gedib.

O, Ankaradan birbaşa Bağdada səfər edib.

Dövlət katibi ölkənin Baş naziri Muhammed Şii el-Sudani ilə görüşəcək. Tərəflərin Suriyadakı durumu müzakirə edəcəkləri gözlənilir.

Blinken Vaşinqtonun “İslam Dövləti” terror qruplaşmasının (İŞİD) İraqa qayıtmasına icazə verməyəcəyini bildirib.

Telekanalın məlumatına görə, Blinken İraq rəhbərliyinə söz verib ki, Vaşinqton İŞİD-in İraqa qayıtmasının qarşısını alacaq.

İstinadlar Report