Çin Sədri Si Cinpinin Moskvaya rəsmi səfəri Çinin Ukraynada Rusiya cinayətlərinə “diplomatik örtük” hazırladığını göstərir.

Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Rusiya və Çin rəhbərlərinin görüşünü şərh edərkən bildirib.

“Sədr Sinin Beynəlxalq Cinayət Məhkəməsinin Prezident Putin haqqında həbs qərarı çıxarmasından bir neçə gün sonra Rusiyaya səfəri Çinin Ukraynada törədilən vəhşiliklərə görə Kremli məsuliyyətə cəlb etmək üçün heç bir cavabdehlik hissi daşımadığını və onları pisləməkdənsə Rusiyanın cinayətlər törətməyə davam etməsi üçün diplomatik örtüklə təmin edəcək”, – Blinken Dövlət Departamentində çıxışında bildirib.

Blinken Çinin “Ukrayna böhranının siyasi həlli ilə bağlı” təşəbbüsünü də şərh edib. O qeyd edib ki, Pekinin təkliflərində ABŞ-nin dəstəklədiyi elementlər var, lakin Rusiya qoşunları Ukraynadan çıxarılmadan atəşkəslə bağlı istənilən çağırışlar “Rusiya istilasının ratifikasiyasına dəstək demək olar”.

“İndi uzunmüddətli həlli olmayan atəşkəs Prezident Putinə dincəlməyə və qoşunlarını yenidən təchiz etməyə, sonra isə Rusiya üçün daha əlverişli vaxtda müharibəni bərpa etməyə imkan verəcək. Dünya öz şərtləri əsasında müharibəni dondurmaq üçün Çin və ya hər hansı digər ölkənin dəstəklədiyi Rusiyanın taktikasına aldanmamalıdır”, – Blinken əlavə edib.

İstinadlar Report