ABŞ dövlət katibi Marko Rubio və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 16-18-də Parisdə Avropa ölkələrinin nümayəndələri ilə Ukrayna böhranının həllini müzakirə edəcəklər.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus açıqlamasında bildirib.

“Marko Rubio və Stiven Uitkoff aprelin 16-18-də Fransaya səfər edəcəklər. Onlar Prezident Donald Trampın qan tökülməsini dayandırmaq məqsədinə nail olmaq üçün avropalı həmkarları ilə danışıqlar aparacaqlar”, – diplomat qeyd edib.

Onun sözlərinə görə, M.Rubio həmçinin regionda ümumi maraqların irəliləməsi yollarını müzakirə edəcək.

İstinadlar Report