
ABŞ dövlət katibi Marko Rubio Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün çərşənbə günü Londona səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus “Fox Business” telekanalına müsahibəsində bildirib.
“Bu danışıqları davam etdirmək üçün dövlət katibi ilə birlikdə Londona gedirəm”, – o deyib.
Bryus həmçinin Rusiyanın Ukrayna ilə dialoqa hazır olması barədə bəyanatını çox yaxşı əlamət adlandırıb.
Daha əvvəl “The Wall Street Journal” qəzeti Londonda keçiriləcək görüşdə Rubio ilə yanaşı, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun da iştirakının gözlənildiyini yazmışdı.