Vaşinqton administrasiyası İranın nüvə sazişini bərpa etməyə hazır olması barədə bəyanatlarına baxmayaraq, Tehranın nüvə proqramı ilə bağlı məsələlərə yanaşmasını dəyişmədiyini iddia edir.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Biz, əlbəttə ki, yeni prezidentin bəyanatlarını gördük. Düşünürəm ki, belə qərarların ali lider tərəfindən verildiyini xatırlamaq vacibdir. Və biz İranın bu məsələlərə ümumi strateji yanaşmasının dəyişdiyinə dair nəticə çıxarmadıq”, – o vurğulayıb.

Miller qeyd edib ki, ABŞ İranın nüvə proqramı məsələsində diplomatik əməkdaşlığa sadiqdir, lakin bunun üçün hələlik ilkin şərtlər yoxdur.

İstinadlar Report