“Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir və biz bunu görməkdən məmnunuq”.

Bu fikirlər ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin yayımladığı bəyanatda qeyd olunub.

Sənəddə qeyd olunub ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşları ilə görüşəcək:

“ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu məsələlərin həlli üçün zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq.

İstinadlar Report