
ABŞ Dövlət Departamenti müxtəlif ölkələrdə, o cümlədən Ermənistan, Belarus, Moldova və Qırğızıstanda xarici yardım layihələrinin maliyyələşdirilməsini ləğv edib.
Bu barədə ABŞ-nin Hökumət Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.
“Dövlət katibi Marko Rubio Dövlət Departamentinin xaricə yardımını diqqətlə nəzərdən keçirməyə davam edir. Bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrant ləğv edilib”, – məlumatda bildirilib.