
ABŞ hökuməti İranın “təhlükəli addımlarına” diplomatiya və məhdudlaşdırıcı tədbirlərlə qarşılıq verməyi hazırkı vəziyyətdə ən yaxşı variant hesab edir.
Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken bildirib.
O həmçinin Vaşinqtonun Ər-Riyadın Tehranla qarşılıqlı əlaqəni normallaşdırmaq üzrə addımlarını təqdir etdiyini də söyləyib.
“Birləşmiş Ştatlar iqtisadi təzyiq tədbirləri, çəkindirmə və müdafiə sahəsində güclü əməkdaşlıq ilə tamamlanan diplomatiyanın bu təhlükəli hərəkətlərin qarşısını almaq üçün ən yaxşı yol olduğunu düşünməyə davam edir. Biz Səudiyyə Ərəbistanının gərginliyi azaltmaq səylərini dəstəkləyirik”, – TASS agentliyi Blinkendən sitat gətirib.