ABŞ desantları Estoniyada keçirilən “Swift Response” təlimlərində uğursuz enmə nəticəsində xəsarət alıb.

Bu barədə “Postimees” nəşri bildirib.

Nurmsi Yarvask aerodromuna Birləşmiş Ştatlar ordusunun 82-ci hava-desant diviziyasının 600 paraşütçüsü atılıb. Onlardan 10-u uğursuz enmə nəticəsində xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

ABŞ-ın Tallindəki səfirliyinin mətbuat attaşesi Mark Neylor hadisəni təsdiqləyib. O, əlavə edib ki, bu, hava əməliyyatlarının adi hissəsidir. Mark Neylorun sözlərinə görə, xəsarətlərdən heç biri həyat üçün təhlükəli deyil.

İstinadlar Report