ABŞ Silahlı Qüvvələrinin Yaponiyadakı komandanlığı dəniz piyadalarının bir hissəsinin bu ölkənin Okinava adasından Sakit okeanda Vaşinqtona məxsus Quam adasına köçürülməsinə başlandığını elan edib.

Komandanlığın yaydığı açıqlamada ilk 100 dəniz piyadasının oraya yola düşdüyü bildirilib.

Ümumilikdə Quama 4 mindən çox hərbçinin köçürülməsi nəzərdə tutulur. Hazırda Okinavada 19 minə yaxın amerikalı dəniz piyadası yerləşdirilib.

Onların qismən Quama köçürülməsi planı hələ 2012-ci ildə razılaşdırılsa da, onun icrası daim təxirə salınıb. Dəniz piyadalarının bu adada yerləşdirilməsi üçün Yaponiya tərəfinin vəsaiti hesabına xüsusi baza tikiləcək. Tikinti işləri təxminən 2026-cı ilə qədər tam başa çatacaq.

İstinadlar Report