
ABŞ-nin Texas ştatının Dallas şəhərindəki 1-ci baptist kilsəsində güclü yanğın baş verib.
Bu barədə “CBS News” məlumat yayıb.
Kilsənin məhv olmaq təhlükəsi ilə üzləşdiyi qeyd edilir.
Məbədin ətrafındakı küçələr mühasirəyə alınıb. Ölənlər barədə hələlik məlumat yoxdur.