ABŞ-də iki israilli turist, onları fələstinli zənn edən yerli yəhudinin hücumuna məruz qaldıqdan sonra yaralanıb.

Bu barədə “Ynet” portalı məlumat yayıb.

Hadisə Florida ştatının Mayami-Biç kurort şəhərində baş verib.

Israilli turistlər – ata və oğula cinayətkar ümumilikdə 17 dəfə atəş açıb. Qurbanlar qaçmağa çalışıblar, onlardan biri çiyinindən güllə yarası, digəri isə əlindən kəsik yarası alıb, həyatları üçün təhlükə yoxdur.

Hücum edən şəxs 27 yaşlı yəhudi Mordehay Brafman olub. Hazırda o, həbs edilib və qətlə cəhddə ittiham olunur.

İstinadlar Report