
ABŞ-nin Corciya və Kentukki ştatlarında yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb.
Bu barədə CNN televiziya şirkəti məlumat yayıb.
Təbii fəlakət nəticəsində 8 nəfər Kentukki, 1 nəfər Corciya ştatında həlak olub.
Son 24 saat ərzində təcili yardım xidmətləri 1000-dən çox insanı xilas edə bilib.
Kentukki qubernatoru Endi Beşir leysan yağışlarının ştatın son on ildə gördüyü ən ağır hava hadisələrindən biri adlandırıb.