
ABŞ-nin Tallahassi şəhərində Florida Dövlət Universitetinin kampusunda atışma baş verib.
Bu barədə CBS telekanalının yerli bölməsi məlumat yayıb.
Hadisə nəticəsində 4 nəfər yaralandığı bildirilir.
İlkin məlumata görə, silahlı şəxs təhsil müəssisəsinin ərazisindən çıxarkən görüntülənib. Şübhəlinin həbsi ilə bağlı hələlik məlumat yoxdur.