ABŞ-nin fövqəladə hallar xidmətləri Vaşinqton səmasında hərbi helikopterlə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 41 nəfərin meyitini tapıb, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib.

Bunu Kolumbiya dairəsinin Yanğınsöndürmə Xidmətinin rəhbəri Con Donnelli deyib.

“Biz həlak olan 41 nəfərin qalıqlarını çıxarmışıq, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib”, o, mətbuat konfransında bildirib.

İstinadlar Report