
ABŞ-nin Tennessi ştatında tək mühərrikli Mooney M20TN təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Bu barədə NBC News telekanalı məlumat yayıb.
Hadisə günorta radələrində Uayt qraflığında uçuş-enmə zolağından bir mil cənubda baş verib.
Alabamadan havaya qalxan təyyarə Yuxarı Kumberlend regional hava limanına yaxınlaşarkən qəzaya uğrayıb. Təyyarədə üç nəfər olub, heç kim sağ qalmayıb. Ölənlərin kimliyi açıqlanmayıb.