ABŞ-nin Texas ştatının San-Antonio şəhərində mənzildə barikada quran şəxs polislərə atəş açıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb.

“San-Antonioda çağırışa gedən dörd polis əməkdaşı barikada quran şəxs tərəfindən odlu silahdan açılan atəşlə yaralanıb”, – məlumatda bildirilib.

İntihar cəhdi barədə məlumat polisə daxil olduqdan sonra hüquq-mühafizə orqanları hadisə yerinə yollanıblar. Bu zaman mənzildə atışma baş verib. Məlumata görə, yaralanan polislər xəstəxanaya yerləşdirilib və onların həyatı üçün təhlükə yoxdur.

İstinadlar Report