
ABŞ-nin “Northrop Grumman” hərbi şirkətinin Yuta ştatındakı müəssisəsinin binası partlayış nəticəsində dağılıb.
Bu barədə “Fox13 News” telekanalı məlumat yayıb.
“Partlayış “Northrop Grumman”ın Boks Elder dairəsindəki zavodunun binasını məhv edib”, – telekanal bildirib.
Qeyd olunub ki, partlayış nəticəsində xəsarət alan yoxdur, araşdırma aparılır.