Amerikanın Nyuark (Nyu Cersi) şəhərinin meri Ras Baraka qeyri-qanuni mühacirlərin müvəqqəti saxlanma mərkəzini tərk etməkdən imtina etdiyi üçün saxlanılıb.

Bu barədə ABŞ prezidenti Donald Trampın müşaviri Alina Habba X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Nyuark meri Ras Baraka qeyri-qanuni olaraq içəri daxil olub və Milli Təhlükəsizlik Təhqiqatlarının Nyuark İmmiqrasiya Təcridxanasını tərk etmək barədə çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb. O, nəzarətə götürülüb”, – paylaşımda deyilir.

CNBC-nin verdiyi məlumata görə, demokrat Barak prezident Donald Trampın Respublikaçılar administrasiyasının qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün gördüyü tədbirləri dəstəkləmir.

İstinadlar Report